Goranboyda mal-qara minaya düşüb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndi ərazisində, keçmiş təmas xəttində qeydə alınıb.
Kənd sakininə məxsus xırdabuynuzlu mal-qara piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində qoyunlardan ikisi tələf olub. Sakin xəsarət almayıb. Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.