RU

Kütləvi kiberhücum Avropadakı aeroportların işini iflic edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Villi Brandt adına Berlin-Brandenburq Beynəlxalq Hava Limanı sərnişin qeydiyyatı və eniş sistemlərinə edilən kiberhücum səbəbi ilə texniki problemlər yaşayır.
Oxu.Az-ın DPA agentliyinə istinadən xəbər verdiyinə görə, hakerlər sərnişin xidmət sistemləri təchizatçısına hücum ediblər.
Nəticədə Berlin aeroportu müvafiq sistemlərdən ayrılmağa məcbur olub. Hava limanının özü kiberhücumun hədəfi olmayıb və yalnız dolayı yolla zərər görüb.
Avropanın digər hava limanları da zərər görüb. Xüsusilə, Brüssel hava limanı reyslərin yerinə yetirilməsində əhəmiyyətli fəsadların gözlənildiyini elan edib. Londonun Hitrou hava limanı isə texniki problemləri əsas gətirərək, mümkün gecikmələr barədə məlumat verib.
Избранный
50
2
oxu.az

3Источники