RU

Ulduz futbolçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

"Braziliyanın "Santos" komandasının hücumçusu Neymar zədələndiyinə görə ən azı bir ay ərzində qarşılaşmalarda iştirak edə bilməyəcək".


Manset.az xəbər verir ki, bu barədə jurnalist Lukas Musetti "X" sosial şəbəkə hesabında məlumat verib.

Mənbənin məlumatına əsasən, 37 yaşlı forvard yaxın günlərdə əlavə müayinələrdən keçəcək.

Daha əvvəl Neymarın dördbaşlı əzələsini (kvadriseps) zədələdiyi bildirilmişdi.

Qeyd edək ki, Neymarın "Santos"la müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.

Избранный
20
1
manset.az

2Источники