RU

Avropada kiberhücum xaos yaratdı: Sistemlər çökdü, hava limanları kilidləndi (FOTO)

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropanın bəzi ölkələrinin hava limanlarında kiberhücum səbəbindən xaos yaranıb. 

Qaynarinfo xəbər verir ki, London, Brüssel və Berlində uçuşlar ləğv edilib. Çekin prosedurlarının həyata keçirilə bilmədiyi bildirilib.

Avropanın bir çox hava limanında çekin və eniş sistemlərini təmin edən "Collins Aerospace"ə qarşı həyata keçirilən kiberhücum səbəbindən xaos yaranıb.

AFP-nin xəbərinə görə, London, Berlin və Brüssel hava limanlarındaki çoxsaylı uçuşlar, çekin və eniş sistemlərinin işlək vəziyyətdən çıxması səbəbilə təxirə salındı və ya ləğv edilib.

Sistem təminatçısı "Collins Aerospace" hücumun avtomatik sistemləri işlək vəziyyətdən çıxartdığını və yalnız əl ilə çekin və eniş prosedurlarından istifadə oluna biləcəyini bildirib. "Collins Aerospace" hadisə ilə əlaqədar olaraq "hava limanlarında istifadə etdiyimiz MUSE proqram təminatında kiber mənşəli bir xəta olduğunu fərq etdik" açıqlamasını verib.

Brüssel Hava Limanının saytında edilən açıqlamada bildirilib, 19 sentyabr gecəsi çekin və eniş sistemləri xidmət təminatçısına qarşı bir kiberhücum həyata keçirilib. Brüssel Hava Limanı da daxil olmaqla bir çox Avropa hava limanı bu hücumdan təsirlənib: "Bu vəziyyət uçuş proqramını ciddi şəkildə təsirləyir və təəssüf ki, gecikmələrə və ləğvlərə səbəb olacaq. Xidmət təminatçı problemi aktiv şəkildə həll etməyə çalışır və mümkün olan ən qısa müddətdə həll etməyə çalışır".

Brüssel Hava Limanı rəsmiləri, uçuşu olan sərnişinlərə, hava limanına getmədən əvvəl hava yolu şirkətləri ilə səyahət planlarını təsdiq etmələri çağırışını eüdiblər.

London Heathrow Hava Limanı üçüncü tərəf bir təchizatçıda yaşanan "texniki bir problem" səbəbilə gecikmələr yaşana biləcəyini elan edib. Berlin Brandenburg Hava Limanının saytında isə aşağıdakı xəbərdarlıq yer alıb:

"Avropa ümumən fəaliyyət göstərən bir sistem təminatçısında yaşanan texniki bir problem səbəbindən çekin əməliyyatlarında gözləmə müddətləri uzanır. Sürətli bir həll üçün çalışırıq"

Heathrow və Berlin hava limanı rəsmiləri, texniki problemlərin səbəbinə aid detalları açıqlamayıblar.

Kiberhücum Rusiyanın ən böyük ikinci şəhri Sankt-Peterburq-dakı hava limanının saytının hackləndiyini açıqlamasından cəmi bir gün sonra baş verib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
67
qaynarinfo.az

1Источники