RU

Azərbaycan poçtunun yeni erası: Qarabağdan dünyaya rəqəmsal körpü

Bakı. Trend:

Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVIəsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isəXIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncəşəhərində ilk poçt kontoru açılıb. 1818-ci ilin iyun ayının 1-dəAzərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb. 1826-cı ildəBakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyasıtəşkil edilib. Respublikada iqtisadiyyatın və mədəniyyətininkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması poçtxidmətlərinə olan tələbatı daha da artırıb. Bu dövrdə 1920-ci ilənisbətən poçt rabitəsi şəbəkələrinin sayı 9 dəfə artaraq 524-əçatdırılıb. Poçt müəssisələrinin 402 ədədi və ya 76,7%-i kənddəyerləşirdi. Poçt marşrutlarının məsafəsi 1940-cı ildə 2,6 dəfəartaraq 6767 km. təşkil edib. Hazırda isə "Azərpoçt" 35 PoçtFilialı və bütün ölkəni əhatə edən poçt şöbələri iləxidmətinizdədir.

Azərbaycan poçtunun ən çətin və həm də ən şərəfli dövrlərindənbiri II Dünya müharibəsi illərinə təsadüf edir ki, bu illərdəxüsusilə poçtalyonların fədakarlığını qeyd etmək yerinədüşərdi.

Bu dövrdə poçt işçilərinin üzərinə ikiqat məsuliyyət düşürdü,çünki poçt göndərişlərinin həcminin artması və əsgər məktublarınınvaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradətələb edirdi. Bu çətinliklərə baxmayaraq, müharibə illərində poçtişçiləri öz üzərilərinə düşən vəzifələri layiqincə yerinəyetirirdilər. Görkəmli şairimiz S.Rüstəmin “Ana və poçtalyon” şeiribunun bariz nümunəsidir. Müəllif poçtalyonun obrazını çox canlıyaratmışdır. Səmimi və həssas bir insan olan poçtalyon vəzifəsinəmüqəddəs baxır, cəbhədən gələn məktubla hər ailəni sevindirdikdə busevincdən onun özünə də pay düşür. Gətirdiyi qara xəbərlər isə onunən ağır dərdlərinə çevrilir. 1969-cu ildə çəkilən “Azərbaycan film”kinostudiyasının istehsal etdiyi tammetrajlı bədii filmdə II Dünyamüharibəsində poçtalyonların ağır iş fəaliyyətindən söhbət açılır.1945-ci ildə Bakıda Beynəlxalq Poçt Ekspedisiyası təşkil edilməsibeynəlxalq poçt göndərişlərinin hərəkətinə, qorunub saxlanmasına vəçatdırılmasına daha yaxşı nəzarət edilməsi imkanı yaradıb. 20-ciəsrin sonlarında respublikamız müstəqillik əldə etdikdən sonra poçtrabitəsinin inkişafında yeni mərhələ başladı. 1997-ci ildə“Azərpoçt” İstehsalat Birliyi kimi işini davam etdirdi. 1999-cuildən “Azərpoçt” Dövlət Müəssisəsi kimi fəaliyyət göstərib.Nəticədə 2000-ci ildən etibarən poçt rabitəsi yenidən rentabellifəaliyyət göstərməyə başlayıb.
Rəqəmsal həllər sayəsində ucqarvə kənd bölgələrində yaşayan insanlar da asanca poçt xidmətlərindənyararlana bilirlər. Buna misal olaraq Almaniya Deutsche Post-untətbiqləri vasitəsilə sənədlərin skan olunması və göndərilməsiimkanlarını göstərmək olar. Bundan başqa Çində China Post,e-ticarət inteqrasiyası ilə geniş rəqəmsal xidmətlər təklif edir.Azərbaycanda bu istiqamətdə atılan mühüm addımlardan biri də“Azərpoçt” MMC tərəfindən həyata keçirilən rəqəmsal həllərdir.Bütün poçt şöbələrinin müasir standartlara uyğun kompüterləşməsi,texniki avadanlıqlarla tam təchizatı və informasiyatexnologiyalarının ən son nailiyyətlərinin bu sahədə geniş tətbiqigöstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına tamtəminat verir.

Ənənəvi poçt xidmətlərindən rəqəmsal platformalara keçidmüştərilərə həm vaxt, həm də resurs baxımından bir çox üstünlüklərtəqdim edir. Azərpoçt istifadəçilərə göndərişlər barədə SMS vəe-poçt vasitəsilə vaxtında məlumat verir.

Bu, insanların poçt şöbələrinə getmədən bağlamalarının statusunuizləməsinə imkan yaradır. Elektron bildirişlər sayəsindəistifadəçilər göndərişin harada olduğunu və nə zaman təhvilalınacağını əvvəlcədən öyrənə bilirlər. Azərpoçtun təqdim etdiyimobil tətbiq və rəsmi veb-sayt vasitəsilə müxtəlif xidmətlər — poçtgöndərişlərinin izlənməsi, poçt indeksinin axtarışı, ödənişlərinhəyata keçirilməsi və sair mümkün olur. Bu, vətəndaşlara evdənçıxmadan xidmətlərdən faydalanmaq imkanı yaradır və sosial məsafəprinsiplərinə də uyğun gəlir. Azərpoçt yalnız poçt deyil, həm dəmaliyyə xidmətləri sahəsində rəqəmsal imkanlar yaradır. Elektronpul köçürmələri, kommunal ödənişlərin onlayn şəkildə aparılması,kart xidmətləri və digər maliyyə əməliyyatları müştəriləringündəlik ehtiyaclarını rahat şəkildə qarşılamağa xidmət edir.Azərpoçt e-ticarət platformaları ilə əməkdaşlıq edərəkistifadəçilərə həm ölkə daxilində, həm də xaricdən sifariş edilənməhsulların çatdırılmasını rəqəmsal formada izləmə və idarə etməimkanı verir. Bu, onlayn alış-veriş edən insanlar üçün çox böyükrahatlıq yaradır.

Azərpoçtun rəqəmsal həlləri regionlarda yaşayan insanlar üçün dəəlçatan hala gətirilib. Mobil tətbiq və veb xidmətlər bütün ölkəüzrə istifadəyə açıqdır və bu da xidmətlərin mərkəzləşdirilmişşəkildə deyil, hər kəs üçün eyni səviyyədə əlçatan olmasını təminedir.

Ənənəvi poçt xidmətləri ilə müqayisədə rəqəmsal xidmətləristifadəçilərə vaxt və pul baxımından qənaət etməyə imkan verir.Onlayn formada sifarişlərin izlənməsi, ödənişlərin həyatakeçirilməsi və digər funksiyalar istifadəçini uzun növbələrdən vəkağız işlərindən azad edir. Azərpoçtun təqdim etdiyi rəqəmsalhəllər Azərbaycanda poçt və maliyyə xidmətlərinin keyfiyyətiniartırmaqla yanaşı, vətəndaşların gündəlik həyatını daasanlaşdırır.

Bu həllər texnologiyanın imkanlarından istifadə edərəkmüştərilərə daha sürətli, təhlükəsiz və rahat xidmət göstərməyihədəfləyir. Gələcəkdə bu sahədə daha innovativ addımların atılmasıgözlənilir və bu, ölkənin rəqəmsal inkişafına mühüm töhfə verəcək.Azərbaycanda poçt xidmətinin yüksək səviyyəsi və ondan yararlananhəmvətənlərimi görəndə qəlbimdə sevinc və kövrək bir titrəyiş hissedilir. Vaxtilə poçtun nə olduğunu bilməyən və bununla da gülüşhədəfinə çevrilən “novruzəlilər” yada düşür.

Öz xalqını çox sevən, onun gözlərini açmaq istəyən, elmə,inkişafa səsləyən böyük ədib C.Məmmədquluzadənin arzuları bu günartıq reallığa çevrilmişdir. Azərbaycanın yerləşdiyi əlverişligeostrateji mövqe, ölkə başçısının apardığı məqsədyönlü siyasətnəticəsində respublikamızda regional və beynəlxalq nəqliyyatdəhlizlərinin formalaşması və Bakının iri nəqliyyat-logistikamərkəzinə çevrilməsi beynəlxalq elektron ticarət məhsullarının poçtvasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeniimkanlar açıb. Hazırda Azərbaycan Poçtunun ölkələrarası elektronkommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi(HUB) kimi fəaliyyət göstərməsi sahəsində layihə həyata keçirilir.Bu məqsədlə "Azərpoçt" MMC və geniş beynəlxalq avia daşımaimkanlarına malik "Silk Way" Aviaşirkəti arasında əməkdaşlıqmüqaviləsi imzalanıb və 2016-cı ilin iyul ayından fəaliyyətəbaşlanıb.

Azərpoçt artıq Qarabağ bölgəsində də fəaliyyətə başlayıb. 30 iləyaxın işğal altında qalan Qarabağ torpaqları 2020-ci ildəAzərbaycanın ərazi bütövlüyünün bərpası ilə yenidən inkişafmərhələsinə qədəm qoydu. Bərpa və quruculuq işləri çərçivəsindədövlətin müxtəlif qurumları kimi, Azərpoçt MMC də bu bölgədəfəaliyyətini bərpa edərək, əhaliyə poçt və logistika xidmətlərigöstərməyə başlayıb. Azərpoçtun Qarabağda fəaliyyəti təkcə poçtbağlamalarının çatdırılması ilə məhdudlaşmır. Bu, regionun iqtisadivə sosial inteqrasiyasına böyük töhfə verən çoxşaxəli bir fəaliyyətplanıdır:

Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda poçt şöbəsi 2020-ci,Xankəndi poçt filialı isə 2024-cü ildə istifadəyə verilib. Eynizamanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan CocuqMərcanlıda 2020-ci ildə poçt şöbəsi yaradılıb, 2022-ci ildəZəngilan rayonunun Ağalı kəndində, 2025-ci ildə isə Şuşa şəhərindəpoçt xidmətlərinin təşkili təmin olunub. Bundanan başqa Füzulirayonunda da Postcargo vasitəsilə beynəlxalq poçt çatdırılmalarıhəyata keçirilir.

2024‑cü ilin 6 noyabr tarixində Postcargo şirkəti — AzərpoçtMMC‑yə məxsus — Qarabağ iqtisadi rayonuna beynəlxalq poçtbağlamalarının çatdırılmasına başlayıb. İlk növbədə çatdırılmalarXankəndi və Füzuli şəhərlərinə aparılıb, daha sonra digər şəhər vəkəndlərə genişləndirmə planlaşdırılıb. Bu addım Qarabağ sakinləriüçün onlayn alış-veriş və beynəlxalq əlaqələrin genişlənməsibaxımından mühüm əhəmiyyət daşıyır.

Bu yaxınlarda “Azərpoçt” Kəlbəcərdə fəaliyyət göstərməyəbaşlayıb.

Azərpoçt Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındafəaliyyət dairəsini daha da genişləndirməyi planlaşdırır. Buşöbələrdə məktub və bağlama qəbulu, göndərişi, kommunal ödənişlər,bank xidmətləri və digər müasir poçt xidmətləri göstərilir.Azərpoçt öz xidmətlərini təkcə ənənəvi poçt xidmətləri iləməhdudlaşdırmır. Qarabağda açılan poçt şöbələri müasirtexnologiyalarla təchiz edilib. Burada elektron hökumət xidmətləri,nağdsız ödənişlər, maliyyə və bank xidmətləri (Azərpoçtun maliyyətərəfdaşlığı çərçivəsində), kuryer və ekspress xidmətlər təqdimolunur. Azərpoçtun Qarabağda fəaliyyətə başlaması regionun yenidəndirçəlişi və əhalinin məskunlaşdırılması prosesində vacib roloynayır. Xidmətlərin əlçatan olması yerli sahibkarlarınfəaliyyətini asanlaşdırır, dövlət-vətəndaş münasibətlərinigücləndirir, rəqəmsal və fiziki infrastrukturun sinxron inkişafınatəkan verir. Azərpoçtun Qarabağda fəaliyyətə başlaması, təkcə birpoçt xidməti qurumunun genişlənməsi deyil, həm də Azərbaycanın bubölgələrə qayıdışının simvoludur. Bu xidmətlərin bölgədə yaşayan vəya ora köçən əhali üçün əlçatan olması, regionun sosial-iqtisadihəyatına canlılıq gətirir və Qarabağın yenidən Azərbaycanın güclübir hissəsinə çevrilməsinə xidmət edir.

Poçtla bağlı ən son sevindirici xəbər isə Azərbaycan ÜmumdünyaPoçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsində təşkilatın ikiəsas qərarverici orqanı – Administrativ Şura və Poçt ƏməliyyatlarıŞurasına üzv seçilib. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəkeçirilən və ÜPİ-nin ali orqanı sayılan bu Konqresdə Azərbaycantarixdə ilk dəfə eyni anda hər iki ali orqana üzvlük hüququqazanıb.

Bu mühüm hadisə Azərbaycanın beynəlxalq poçt sistemində artannüfuzunun, texnoloji inkişafa verdiyi töhfənin və qurumlararasıəməkdaşlıqların nəticəsidir.

“Azərpoçt” MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi“Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası”mövzusunda müsabiqəyə təqdim olunur”.

Məqalədə:
Избранный
31
az.trend.az

1Источники