Dərginin baş redaktoru tarixçi alim, Xəzər Universitetinin müəllimi Dr. Odər Əlizadədir. Redaktor vəzifəsini Dr. Özləm Seyhan, yazı işləri müdiri vəzifəsini isə Sevda Nur Kayğı icra edir. Nəşr, Kamuran Şefik Kıraca Vəqfi qeydiyyatında və Kürşat Kırcanın imtiyaz sahibliyində fəaliyyətə başlayıb.
Dərginin ilk sayı 20 sentyabrda başa çatan Qarabağdakı antiterror əməliyyatına həsr olunub. Bu xüsusi buraxılışda Qarabağ zəfəri tarixi, siyasi və ideoloji baxımdan geniş işıqlandırılaraq, türk dünyasının müasir çağırışları və milli kimlik məsələləri ilə əlaqələndirilib.
Qeyd edək ki, dərginin elmi nəşr heyətində türk dünyasının müxtəlif universitetlərindən tanınmış alimlər yer alır. Redaksiya heyəti növbəti saylarda da beynəlxalq səviyyədə yeni araşdırmaların oxuculara təqdim olunacağını bildirir.
Nəşrin mətbu nüsxəsini əldə etmək mümkün olduğu kimi, rəqəmsal versiyasına da rəsmi internet səhifəsi vasitəsilə ödənişsiz şəkildə daxil olmaq olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31