Ötən gün Sumqayıt şəhərində yeniyetmə hündürlükdən yıxılıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Şərifov Cəsur Rəvan oğlu şəhərin 40-cı məhəlləsində yaşadığı binanın 11-ci mərtəbəsindən yerə yıxılıb. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"