RU

Türkiyədən Qırğızıstana tekstil ixracı 5 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin avqust ayında Qırğızıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azalaraq, 5 milyon 71 min 58 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qırğızıstana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz azalaraq, 42 milyon 241 min 62 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 6 min dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 751 milyon 386 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 9 milyard 542 milyon 699 min dollar məbləğində tekstil ixrac edib.

Избранный
18
22
turkic.world

10Источники