RU

FHN: Bakı Şəhər Halqası və ətrafında baş verə biləcək fövqəladə hallarla əlaqədar əməkdaşlar fasiləsiz xidmətdədir

Bakı şəhərində keçirilən “Formula 1 Qatar Airways” yarışları zamanı Bakı Şəhər Halqası və ətrafında baş verə biləcək fövqəladə hallar, o cümlədən mümkün yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin təşkili üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları 20 nöqtədə 38 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə fasiləsiz xidmətdədir. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, ərazidə müvəqqəti quraşdırılmış konstruksiyaların dayanıqlılığına nəzarət, qaldırıcı qurğuların, eskalator və liftlərin, texnoloji nəqliyyat vasitələrinin təhlükəsiz istismarı, yanğın və nüvə təhlükəsizliyi ilə əlaqədar olaraq nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən fasiləsiz olaraq monitorinq işləri həyata keçirilir.

Избранный
12
19
sia.az

10Источники