RU

"Formula-1"də xüsusi təyinatlı nəqliyyat vasitəsiləri xidmətdədir - FOTO

Bakı şəhərində keçirilən “Formula 1 Qatar Airways” yarışları zamanı Bakı Şəhər Halqası və ətrafında baş verə biləcək fövqəladə hallar, o cümlədən mümkün yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin təşkili üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 20 nöqtədə 38 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə fasiləsiz xidmətdədir.

Bu barədə News24.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, bununla yanaşı, ərazidə müvəqqəti quraşdırılmış konstruksiyaların dayanıqlılığına nəzarət, qaldırıcı qurğuların, eskalator və liftlərin, texnoloji nəqliyyat vasitələrinin təhlükəsiz istismarı, yanğın və nüvə təhlükəsizliyi ilə əlaqədar olaraq Nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən fasiləsiz olaraq monitorinq işləri həyata keçirilir.


Избранный
108
19
news24.az

10Источники