RU

23 qat dünya, beşqat olimpiya çempionunun qolu sındı

23 qat dünya çempionu və beşqat olimpiya çempionu, əfsanəvi norveçli biatlonçu Yohannes Bo qolunu sındırıb.

Publika.az xəbər verir ki, bu barədə biatlon əfsanəsi “İnstaqram” səhifəsində məlumat verib.

“Keçən şənbə günü futbol turnirində oynayanda qolumu sındırmaq planım deyildi, amma bunu təbəssümlə qəbul edirəm.

Ümid edirəm ki, sağalmağım tez olacaq! Bu il bir daha futbol oynamayacağam”, – o yazıb.

Избранный
31
publika.az

1Источники