RU

Ukrayna bölünəcək? - Zelenskidən AÇIQLAMA

BAKI, 20 sentyabr. TELEQRAF

“Ukrayna təsirli və etibarlı təhlükəsizlik təminatlarını müharibə bitənə qədər almalıdır, bunun üçün savaşın dayanmasını gözləmək lazım deyil”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

Jurnalistlər müharibənin dayandırılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın iştirakı ilə “Koreya ssenarisi”nin müzakirə olunub-olunmaması barədə Ukrayna liderinə sual ünvanlayıblar. Yəni vaxtilə Koreyada olduğu kimi Ukrayna və Rusiya arasında da onların imzası olmadan atəşkəs sazişinin imzalanıb-imzalanmamasının mümkünlüyü ilə bağlı.

“Ritorik olaraq, bu və ya digər ssenarilər haqda danışa bilərlər. Amma bizim hekayəmiz Koreyadan fərqlidir. Orada müharibənin yekun sülh müqaviləsi olmadan başa çatmasından bəhs olunurdu. Nəzərdə tutulan bu idi. Bu, Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə danışılmazdan əvvəla aiddir. Ukraynanın təhlükəsizlik zəmanətlərinə niyə ehtiyacı var? Ola bilər ki, müharibənin bitməsi ilə bağlı yekun sənəd olmayacaq”, - Zelenski qeyd edib.

Xatırladaq ki, “Koreya ssenarisi” termini Koreya yarımadasındakı durumla bağlı yaranıb. Yəni ölkənin şimal və cənub olaraq bölünməsi, uzunmüddətli hərbi-siyasi qarşıdurma, amma birbaşa müharibənin olmaması mənasında işlədilir.

Məsələn, başqa ölkələrdə də münaqişə nəticəsində “Koreya ssenarisi” ifadəsi ilə ölkənin iki yerə bölünməsi, sərhəddə gərginliyin qalması, amma müharibənin tam miqyasda davam etməməsi nəzərdə tutulur.

Bəzən bu ifadə bir problemin dondurulması, amma tam həll edilməməsi mənasında işlədilir. Yəni tərəflər açıq müharibəyə girmir, ancaq sülh müqaviləsi də yoxdur – vəziyyət “donmuş münaqişə” şəklində qalır.

Избранный
23
teleqraf.com

1Источники