RU

“Qarabağ”ın oyununun yeri dəyişdirildi

Misli Premyer Liqasında 7-ci turun oyun cədvəli məlum olub.
ONN media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Ölkəmizdə keçiriləcək MDB oyunları ilə əlaqədar olaraq 1-ci dövrənin “Kəpəz – Qarabağ” oyunu ilə 3-cü dövrənin “Qarabağ” – “Kəpəz” oyunlarının yeri dəyişdirilib.
Beləliklə, 7-ci turda “Qarabağ” “Kəpəz”lə matçı səfərdə deyil, öz meydanında keçirəcək.
7-ci turun təqvimi belədir:
3 oktyabr (cümə)
“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 19:30
“Araz-Naxçıvan”– “İmişli”
“Liv Bona Dea Arena”, 17:00
4 oktyabr (şənbə)
“Qarabağ” – “Kəpəz”
“Azersun Arena”, 17:00
“Sumqayıt” – “Turan Tovuz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30
5 oktyabr (bazar)
“Qəbələ” – “Şamaxı”
Qəbələ şəhər stadionu, 17:30
“Karvan-Yevlax” – “Sabah”
Şamaxı şəhər stadionu, 15:00
Избранный
26
12
onn.az

10Источники