Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli vəfat edib.Tədqiqatçı 83 yaşında Qazaxda dünyasını dəyişib.Hazırda mərhumun nəşi dəfn olunması üçün Bakıya gətirilir.Xatırladaq ki, Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyəsinin Yuxarı Körpülü kəndində anadan olub.O, Müdafiə Nazirliyində Hərbi Elmi Mərkəzin hərb tarixi şöbəsində baş elmi işçi idi.Mərhum 2023-cü il mayın 6-da Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdü.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта