RU

Zidanın oğlu tarixi vətəninin millisinə çağırıldı

İspaniyanın "Qranada” komandasının qapıçısı Luka Zidan Əlcəzair millisinə çağırılıb.

Fanat.Az xəbər verir ki, informasiyanı “RMC Sport” yayıb. 

Məlumata görə, əfsanəvi yarımmüdafiəçi Zinəddin Zidanın əvvəllər Fransanın gənclərdən ibarət yığmasında oynamış 27 yaşlı oğlu tarixi vətənindən aldığı dəvəti qəbul edib.

Luka beynəlxalq səviyyədə 30 matça çıxıb və 2015-ci ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi olub.

Избранный
24
fanat.az

1Источники