RU

Universitetin 1 milyon manatlıq tenderini bu şirkət uddu

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı Slavyan Universiteti tərəfindən keçirilən tender müsabiqəsi başa çatıb.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Admedia.az” MMC (VÖEN - 2002644161)  olub.

“Admedia.az” MMC Universitetə istehlak yönümlü müxtəlif xidmətlər təqdim edəcək və qarşılığında 988 min 816 manat 40 qəpik alacaq.

Qeyd edək ki, tenderin qalibi olan “Admedia.az” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğludur.Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
yeniavaz.com

2Источники