Suriya yaxın günlərdə İsraillə təhlükəsizlik sazişi imzalaya bilər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin müvəqqəti prezidenti Əhməd əl-Şaraa deyib və belə bir addımın yəhudi dövləti ilə münasibətləri normallaşdırmaq demək olmadığını vurğulayıb.
"Yaxın günlərdə İsraillə müqavilə imzalana bilər. Bu, 1974-cü ildə Suriya və İsrail qüvvələrinin Colan Təpələrindəki döyüşlərdən çıxarılmasına dair razılaşmaya bənzəyəcək", - deyə Livanın "Al Mayadeen" telekanalı əl-Şaraa istinadən yazıb. O əlavə edib ki, İsrail ilə razılaşma heç bir şəkildə münasibətlərin normallaşması və ya Suriyanın İbrahim razılaşmalarına qoşulması demək deyil.
Sentyabrın 17-də Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani və İsrailin strateji planlaşdırma naziri Ron Dermer ABŞ-ın himayəsi altında Londonda danışıqlar aparıblar. "Suriya" TV-nin məlumatına görə, tərəflər Colan təpələrində İsrail və Suriya qüvvələri arasında 1974-cü ildə imzalanmış döyüşü dayandırmaq müqaviləsini əvəz edəcək yeni təhlükəsizlik sazişi layihəsini müzakirə ediblər. Beş saat davam edən görüşdə danışıqlara vasitəçilik edən ABŞ-ın xüsusi nümayəndəsi Tom Barak iştirak edib.