“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qaynarinfo”ya bazarda fəaliyyət göstərən sahibkarlar məlumat verib.
Onlara bildirilib ki, tezliklə bazar söküləcək. Bazarın hara köçürüləcəyi barədə məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün öncə baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.