Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycanın qadın cüdoçulardan ibarət milli komandası Fransanın Strasburq şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıb.
AZƏRTAC xəbər verir ki, toplanışa qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edir.
Sentyabrın 25-də başa çatacaq təlim düşərgəsi qarşıdakı beynəlxalq turnirlərə hazırlıq xarakteri daşıyır.