RU

Mən istəməsəm də, ABŞ Ukraynaya silah satışından varlanır - Tramp

Mən istəməsəm də, ABŞ Ukraynaya silah satışından varlanır - Tramp

ABŞ prezidenti Donald Tramp ölkəsinin Ukraynaya silah satışından qazanc əldə etdiyini bildirib.

AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, Tramp bildirib ki, o, şəxsən istəməsə də, bu fakt var.

“Biz bu müharibəyə pul xərcləmirik, müharibəni NATO maliyyələşdirir. NATO bizim silahlarımızı alır. Mən bu müharibədən qazanc əldə etmək istəmirəm, amma əslində biz bu müharibədən qazanırıq, çünki silahlarımız alınır. NATO dövlətləri hər şeyi maliyyələşdirir, onlar raketlərə, tanklara pul ödəyir. Əvvəl hər şey NATO-ya çatır, sonra NATO bununla istədiyi hər şeyi edir”, – deyə Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Избранный
36
afn.az

1Источники