Sentyabrın 20-si saat 12 radələrində Goranboy rayonu Kəpənəkçi kənd sakini 1996-cı il təvəllüdlü Fatimə Ömərova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisəni törədən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Babakişi Abdullayevi polis saxlayıb.
Cinayət əməlinin ailə münaqişəsi zəminində olduğu bildirilir.