APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, hakerlər Avropa hava limanlarında avtomatik qeydiyyat və minik sistemləri üzrə xidmət göstərən bir şirkətə kiber hücum ediblər. Bu hücum London, Brüssel və Berlin hava limanlarının fəaliyyətinə təsir edib. Bu səbəbdən qeydiyyat zamanı uzun növbələr yaranıb.
Berlin hava limanında bildirilib ki, avtomatlaşdırılmış sistemlər sıradan çıxdığı üçün qeydiyyat və minik yalnız əl ilə həyata keçirilir.
“Bu, uçuş cədvəlinə ciddi təsir edir və təəssüf ki, gecikmələrə və reyslərin ləğvinə səbəb olacaq,” — açıqlamada vurğulanıb.
Londonun "Heathrow" hava limanından isə bildiriblər ki, gecikmələr “üçüncü tərəf təminatçısında yaranmış texniki problem”lə bağlıdır.
6Источники
-
operativmm.azAvropada hava limanlarında kiberhücum səbəbindən gecikmələr yaşanır ( 21551986)
-
redaktor.azHava limanlarında kiberhücum səbəbindən gecikmələrYAŞANDI ( 21551542)
-
sherg.azAvropada hava limanlarında kiberhücum səbəbindən gecikmələr yaşanır ( 21551530)
-
demokrat.azAvropada hava limanlarında kiberhücum səbəbindən gecikmələr yaşanır ( 21551320)
-
sitat.infoAvropada hava limanlarında kiberhücum səbəbindən gecikmələr yaşanır ( 21551284)
-
apa.azAvropada hava limanlarında kiberhücum səbəbindən gecikmələr yaşanır ( 21551116)