RU

Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüşün qalibi məlum oldu

style='margin-bottom:10px;'>

Bakının sayca doqquzuncu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş yekunlaşıb.

QOL.az xəbər verir ki, mübarizəni birinci sırada "Maklaren" sürücüsü Lando Norris başa vurub.

"Red Bull"dan Maks Ferstappen ikinci,"Maklaren"dən Oskar Piastri üçüncü olub.

Ötən gün birinci və ikinci sınaq yürüşlərində müvafiq olaraq Norris və "Ferrari"dən Lyuis Hemilton ilk sırada qərarlaşıblar.

Saat 16:00-da sıralama turu keçiriləcək.

Qeyd edək ki, Qran Prinin əsas yarış sentyabrın 21-də keçiriləcək.

*    *    *

Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start veriləcək.

QOL.az “Azərtac”a istinadən xəbər verir ki, maraqlı idman mübarizəsi vəd edən Bakı mərhələsində Formula 1 üzrə üçüncü sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışları keçiriləcək.

Azərbaycan Qran-Prisinin birinci günündə Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sərbəst yürüş və sıralanma yarışları təşkil olunub. Yarışlarda müvafiq olaraq, Lando Norris (“McLaren”), Luis Hemilton (“Ferrari"), Aleks Dunne (“Rodin”), Cek Krauford (“DAMS”) qalib olublar.

10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.

Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqama xüsusi diqqət yetiriblər.

Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız Qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dövrə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi isə trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbinin əksinə hərəkət edən treki məşhur almaniyalı memar Hermann Tilke hazırlayıb.

Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçısı UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcək.

Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Избранный
25
7
teleqraf.com

10Источники