RU

"Global Media Group" Beynəlxalq Sahilyanı Təmizlik Günündə iştirak edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Global Media Group" və onun tərkibində fəaliyyət göstərən qurumlar - "Global Management", "Oxu.Az", "Baku TV", "Baku.ws", "Report" İA, "Kaspi" qəzetinin Azərbaycan və rus redaksiyaları, "Media.Az", "Photostock", "Caliber" 2025-ci il sentyabrın 20-də Bilgəh çimərliyində keçirilən "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulublar.
Oxu.Az xəbər verir ki, aksiya dünyanın 100-dən çox ölkəsində eyni vaxtda icra olunan və su hövzələrinin tullantılardan təmizlənməsinə həsr edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində "Coca-Cola"nın təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, özəl sektorlar, QHT-lər və könüllülərin iştirakı ilə baş tutub.
"Global Media Group" artıq ikinci dəfə bu beynəlxalq aksiyada iştirak etməklə özünün ekoloji maarifləndirmə və ətraf mühitin qorunması siyasətinə sadiqliyini nümayiş etdirir.
"İqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi ilə mübarizə yalnız dövlətlərin deyil, cəmiyyətin bütün üzvlərinin üzərinə məsuliyyət qoyur. Biz, media şirkətləri qrupu olaraq, üzərimizə düşən maarifləndirmə missiyasını davam etdirir, həm də əməkdaşlarımızla birlikdə sahil təmizliyi aksiyasında iştirak etməklə bu çağırışa praktiki töhfə veririk", - deyə "Global Media Group"un İdarə Heyətinin üzvü Rövşən Nizamov bildirib.
"Global Media Group" Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Laura Seyidbəyova jurnalistlərə açıqlamasında vurğulayıb ki, şirkət artıq ikinci ildir ki, "Xəzəri qoruyaq" şüarı ilə keçirilən beynəlxalq aksiyada iştirak edir:
"Biz ekoloji maarifləndirməni vacib hesab edir və əməkdaşlarımızla birlikdə sahil təmizliyinə qoşulmaqla təbiəti qorumağa öz töhfəmizi veririk. Hesab edirik ki, Xəzər dənizi bizim üçün təkcə coğrafi sərvət deyil, həm də milli dəyərdir. Onun təmizliyi və qorunması gələcək nəsillərə daha sağlam mühit ötürmək baxımından böyük əhəmiyyət daşıyır.
Media şirkətləri qrupu olaraq, məqsədimiz yalnız bu aksiyada iştirak etməklə kifayətlənmək deyil, həm də cəmiyyətdə ekoloji şüurun formalaşmasına dəstək verməkdir. Biz gələcəkdə də bu kimi layihələrdə iştirakımızı davam etdirəcəyik".
Qeyd edək ki, BMT-nin Qlobal Sazişinin üzvü olan "Global Media Group" korporativ sosial məsuliyyət siyasəti çərçivəsində medianın inkişafı, ictimai maarifləndirmə və ətraf mühitin mühafizəsi istiqamətlərində davamlı layihələr həyata keçirir.
"Global Media Group" haqqında
"Global Media Group" 2017-ci ildən fəaliyyət göstərən media şirkətləri qrupudur. "Global Media Group"a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.
"Global Media Group" haqqında ətraflı məlumat əldə etmək üçün https://gmg.az saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn) müraciət edə bilərsiniz.
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev
Избранный
35
2
oxu.az

4Источники