RU

“Formula-1”: "Maklaren" komandası Bakıda titul qazanmağı planlaşdırır

"Maklaren" komandası “Formula-1” üzrə Azərbaycan Qran-prisində titul qazanmaq niyyətindədir.

İdman.biz "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya təmsilçisinin direktoru Andrea Stella bildirib.

İtaliyalı funksioner komandasının Mühəndislər Kubokunun qazanacağı təqdirdə belə, pilotların idarə olunmasında dəyişikliklərin olmayacağını söyləyib: "Lando Norris və Oskar Piastri növbəti mərhələlərdə də eyni istəklə yarışacaqlar. Bu, həm də gələcək üçün əsas olan komandanın birliyini qorumaq istədiyimizi əks etdirir”.

O, hələlik titul uğrunda mübarizənin davam etdirdiyini əlavə edib: "Titul hələ bizim deyil. Bu ilki çempionluq yarışı ilə bağlı hisslərimiz keçənilkindən fərqlidir. Ötən mövsüm gözlənilməz hadisələr də olmuşdu. 2024-cü ildəki Azərbaycan Qran-prisindən bəri liderliyimizi qorumağımız sevindirici haldır".

Qeyd edək ki, "Maklaren" Azərbaycan Qran-prisində "Ferrari"dən 9 xal daha çox qazanarsa, cari mövsümün Mühəndislər Kubokunu təmin edəcək. Hazırda turnir cədvəlində "Maklaren" 617 xalla birinci, "Ferrari" isə 280 xalla ikinci sırada qərarlaşıb.

Azərbaycan Qran-prisinə sentyabrın 21-də yekun vurulacaq.

İdman.biz

Избранный
11
2
idman.biz

3Источники