RU

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” qadınların avtoidman sahəsində rolunu önə çıxaran “Women in Formula One” tədbirinin sponsoru qismində çıxış edir.

“Formula 1 Azərbaycan Qran-Prisi”ndən əvvəl 19 sentyabr 2025-ci il tarixində Bakıda keçirilən tədbir avtomobil idmanında qadın istedadını və liderliyini vurğulayan yeni bir platformadır. Bu platforma həm yerli, həm də beynəlxalq səviyyədə qadın liderliyinə diqqət çəkərək, iştirakçılara unikal təcrübə və geniş şəbəkələşmə imkanları təqdim edəcək. Tədbir qadınların avtoidman sahəsində artan rolunu nümayiş etdirməyi və gənc nəsli ruhlandırmağı hədəfləyir.

Beynəlxalq səviyyəli peşəkar ekspertlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan “PAŞA Bank”ın insan resusları üzrə baş direktoru Zibeydə Hacıyeva qeyd edib ki, layihəyə sponsorluq Bankın qadınların liderliyini, eləcə də müxtəlifliyi dəstəkləmək öhdəliyinin daha bir nümunəsidir.

"Bu tədbir yalnız qadınların avtomobil idmanında nailiyyətlərini qeyd etmir, həm də gələcək nəsillərə ilham verir. Biz inanırıq ki, qadınların uğuru cəmiyyətin inkişafını sürətləndirir və hər bir gənc qız öz xəyallarının gerçək ola biləcəyinə inanmalıdır,"- deyə, Hacıyeva bildirib.

Qeyd edək ki, “PAŞA Bank” bütün fəaliyyət sahələrində qadınların peşəkar inkişafı, eləcə də sosial həyatda iştirakının gücləndirilməsinə yönəlmiş təşəbbüslərə dəstək verir. Son illərdə Bank bu istiqamətdə tədbirlər, proqramlar və beynəlxalq layihələrdə tərəfdaş olaraq fəal iştirak edib.

PAŞA Bank Women in Formula One Formula 1 Azərbaycan Qran-Prisi qadınlar və avtoidman qadın liderliyi qadınların rolu avtomobil idmanı qadınların peşəkar inkişafı Bakıda Formula 1 tədbiri qadın istedadı qadınların liderliyi təşəbbüsü gender müxtəlifliyi qadınların sosial həyatda rolu qadınların avtoidmanda iştirakı qadınları ruhlandırmaq qadın gücləndirilməsi korporativ sosial məsuliyyət PAŞA Bank sponsorluğu beynəlxalq tədbir Bakıda qadınların inkişafı təşəbbüsləri
Избранный
23
5
marja.az

6Источники