
Azərbaycana rəsmi səfərə gələn Ruanda Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.
Yeniavaz.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Ruanda Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqameni qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Ruanda Prezidentinə raport verib.
Ruandavə Azərbaycanın Dövlət himnləri səsləndirilib.