RU

Çinin daha bir markası 116 mindən çox elektromobili geri çağırır

Çinin Xiaomi şirkəti standart versiyalı 116,8 min SU7 elektrik sedanını geri çağırdığını açıqlayıb. Səbəb sürücüyə yardım sistemində aşkarlanan problemlərdir.

Ölkə.Az xəbər verir ki, bu barədə Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsi (SAMR) məlumat yayıb.

Geri çağırılma 2024-cü il 6 fevral – 2025-ci il 30 avqust tarixləri arasında istehsal edilmiş avtomobillərə aiddir. Tənzimləyicinin açıqlamasına görə, quraşdırılmış sistem bəzi kritik yol vəziyyətlərini düzgün tanımaya və sürücünü vaxtında xəbərdar etməyə bilər ki, bu da əllə idarəetmə olmadıqda qəza riskini artırır.

Xiaomi nasazlığı uzaqdan proqram təminatının yenilənməsi yolu ilə aradan qaldırmağı planlaşdırır.

2025-ci ilin iyuluna qədər şirkət 305 mindən çox SU7 satıb. Model 2024-cü ilin martında təqdim edilərkən onun standart versiyasında ətraf mühiti qiymətləndirmək üçün istifadə olunan LIDAR lazer sensoru yox idi.

Bu ilin martında isə Anhoy əyalətində SU7 avtomobilinin iştirakı ilə ağır qəza baş verib. Hadisədə 3 nəfər həlak olub. Xiaomi-nin hesabatına görə, qəza zamanı sürücüyə yardım sistemi işə salınmış, hadisədən 20 dəqiqədən az əvvəl dəfələrlə sürücünü xəbərdar etmişdi. Görünür, sürücü sükanı əlində saxlamamışdı.

Xəbərlər fonunda Xiaomi-nin Honq-Konq birjasındakı səhmləri 0,3% ucuzlaşıb.

Qeyd edək ki, Rusiyada “Geely-Motors” 18 minə yaxın Geely Emgrand avtomobilinin geri çağırıldığını elan edib.

Избранный
7
1
olke.az

2Источники