RU

İranlı molladan sərsəmləmə: “Azərbaycan dini mərasimlərə qadağa qoyub”

İranın Taleş şəhərinin cümə imamı Müctəba Nurzad cümə xütbəsində Azərbaycana qarşı fikirlər səsləndirib.

Tribunainfo.az xəbər verir ki, o, əsasən yəhudi ravvinlərin Bakıda keçirmək istədikləri konfransını bəhanə edərək Bakını hədəfə alıb.

Nurzad iddia edib ki, Azərbaycanın Avropa yəhudi ravvinlərini qəbul etmə niyyəti İsraillə münasibətləri normallaşdırmaqdır. “Bu Fələstin məsələsinə xəyanətdir”.

Onun iddiasına görə, guya, Azərbaycanda bəzi dini mərasimlərə məhdudiyyətlər qoyulub. Hətta bunun İsrailin tapşırığı ilə edildiyini də sərsəmləyib.

O, ravvinlərin Bakıya toplaşmasını həmçinin “Azərbaycan “İbrahim razılaşması”na qoşulmaq niyyətindədir” konteksində yanaşıb. “Bunun üçün ravvinlərlə görüş ilkin addımdır” deyib.

Fərda Uğur

Избранный
30
1
tribunainfo.az

2Источники