RU

Deputat Elnarə Akimova Hacı Zeynalabdin qəsəbəsinin sakinləri ilə görüşdü

Sentyabrın 19-da Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova Hacı Zeynalabdin qəsəbəsinin bir qrup sakini ilə görüş keçirib.
Görüş zamanı deputat seçicilərin müraciətlərini dinləyib, onların gündəlik həyatında üzləşdikləri çətinliklərlə maraqlanıb və qaldırılan problemlərin həlli istiqamətində fikir mübadiləsi aparıb. Sakinlərin əsasən mənzil, torpaq və sosial məsələlərlə bağlı müraciət etdiyi diqqətə çatdırılıb.
Deputat bildirib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və aidiyyəti dövlət qurumları ilə müvafiq əlaqələndirmə aparılaraq həllinə çalışılacaq. O, vətəndaşların problemlərinin həlli istiqamətində ardıcıl iş aparmağın başlıca vəzifələrdən biri olduğunu vurğulayıb.
Qeyd olunub ki, Elnarə Akimova Milli Məclisə seçildiyi gündən etibarən seçicilərlə daimi təmasda olur, onların müraciətlərinə həssaslıqla yanaşır, qaldırılan məsələlərin həlli üçün mütəmadi olaraq dövlət qurumları ilə əməkdaşlıq edir. Deputatın sözlərinə görə, seçicilərlə mütəmadi görüşlərin keçirilməsi həm problemlərin həllinə praktiki töhfə verir, həm də vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Görüşün sonunda sakinlər göstərilən diqqət və qayğıya görə deputata təşəkkürünü bildirib, belə müzakirələrin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
25
olaylar.az

1Источники