RU

Paşinyan: 2026-da mandatı uzadacağıq, sonra isə yeni Konstitusiya üçün referendum keçiriləcək

Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdakı seçkilərlə bağlı siyasi gündəliyini açıqlayıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, 2026-cı ildə keçiriləcək parlament seçkilərində hakim “Vətəndaş Müqaviləsi” partiyası xalqdan ölkəni idarə etmək mandatının daha 5 il uzadılmasını istəyəcək.

“2026-cı ildə biz xalqımıza müraciət edəcəyik ki, Ermənistanı idarə etmək səlahiyyətini daha 5 il bizə versinlər”, – deyə Paşinyan bəyan edib.

Baş nazir əlavə edib ki, xalqın etimadını qazandıqdan sonra hökumət ümumxalq referendumu vasitəsilə ölkənin yeni Konstitusiyasının qəbul olunması prosesinə start verəcək.

Musavat.com

Избранный
33
musavat.com

1Источники