RU

Türkiyə MN və səfirlikdən Azərbaycana təbrik

Türkiyənin Azərbaycandakı səfirliyi 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib.

Olaylar.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesablarında paylaşım edilib:

"Qardaş Azərbaycanı 20 sentyabr Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik" - deyə qeyd olunub.

X X X

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

Olaylar.az xəbər verir ki, nazirliyin sosial media hesablarında bu barədə paylaşım edilib:

"Azərbaycan türkü qardaşlarımızın Suverenlik günü mübarək olsun. Tək Millət, İki Dövlət anlayışı ilə həmişə bir və birlikdə olmağa davam edəcəyik"

- deyə qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
17
19
olaylar.az

10Источники