RU

Jerom Boatenq futbolçu karyerasını başa vurdu

Almaniya millisinin sabiq müdafiəçisi Jerom Boatenq peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 37 yaşlı futbolçu bu barədə “Instagram” səhifəsində paylaşdığı video ilə azarkeşlərinə müraciət edib.

“Uzun müddət futbol oynadım, böyük klublarda, ölkəm üçün çıxış etdim. Öyrəndim, qalib gəldim və uduzdum. Futbol mənə çox şey verib. İndi isə hərəkət etmək vaxtıdır”, – deyə Boatenq bildirib. O, çıxış etdiyi klublara, azarkeşlərə və dəstək göstərən hər kəsə təşəkkür edərək futbolla vidalaşmağın vaxtının çatdığını qeyd edib.

Karyerasına “Herta Berlin”də başlayan müdafiəçi daha sonra “Hamburq” (2007-2010), “Mançester Siti” (2010-2011), “Bavariya” (2011-2021), “Olimpik Lion” (2021-2023) və “Salernitana” (2024) klublarında forma geyinib. Sonuncu olaraq Avstriyanın “LASK Linz” klubuna transfer olunan futbolçunun müqaviləsinə bu ilin avqustunda xitam verilib.

Jerom Boatenq 2009-2018-ci illərdə Almaniya millisinin heyətində 76 oyun keçirib və 1 qol vurub. O, 2014-cü ildə yığma ilə dünya çempionu adını qazanıb, 2016-cı ildə isə Almaniyada “İlin futbolçusu” seçilib.

Избранный
19
2
90deqiqe.az

3Источники