RU

"Formula-1" pilotu Azərbaycanda xal qazana biləcəyinə inanır

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Oliver Berman Azərbaycan Qran-prisində xal qazana bilər.

Avtosfer.az report-a istinadən xəbər verir ki, bu barədə ötən gün ikinci sərbəst yürüşü beşinci sırada tamamlayan britaniyalı sürücü açıqlama verib.

O, yaxşı rəqabət apara bildiklərini deyib.

"Birinci test yürüşündə bəzi çatışmazlıqları hiss etdik. Növbətidə isə bunları yaxşılaşdırdıq və mübarizənin içində olduğumuzu gösdərdik".

O, Bakıdakı yarışda yaxşı nəticə qazana biləcəklərini də vurğulayıb:

"Xal qazanmaq mümkündür. Orta sıralarda çox gərgin mübarizə var. Ən önəmlisi sıralama turunu səhvsiz başa vurmaq və əsas yarışda tempi tapmaqdır".

Qeyd edək ki, bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək. Əsas yarış sentyabrın 21-də baş tutacaq.

 

Избранный
40
2
avtosfer.az

3Источники