"Sumqayıt" növbəti transferini gerçəkləşdirib.
İdman.biz xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi amerikalı basketbolçunu heyətinə qatıb.
23 yaşlı Elayca Hatçins-Everetti ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
211 sm boya malik basketbolçu mərkəz mövqeyində oynayır.
Qeyd edək ki, 2021-ci ildə ABŞ-nin "Ostin Pi Qaverners" klubunda karyerasına başlayan Elayca 2 il sonra "Seton Holl Payrets" komandasına keçib. O, ötən mövsüm "Ceyms Meddison Dyuks" kollektivinin üzvü olub. Hatçins-Everett ötən mövsüm hər oyuna orta hesabla 11,4 xal və 5,9 ribaundla yadda qalıb.
İdman.biz