RU

İbrahim Cəfərov: Ərazi bütövlüyümüz milli qürurumuzdur » AzadMedia.az


Prof. İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvü

Azərbaycan tarixində mühüm əhəmiyyətə malik olan 20 Sentyabr Suverenlik Günü xalqımızın siyasi iradəsinin, azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin təcəssümüdür. Bu gün Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın öz gələcəyini sərbəst şəkildə müəyyən etmək hüququnu reallaşdırması baxımından tarixi bir gündür.

Əlbəttə, qələbəni qazanmaq üçün Azərbaycan dövləti hər zaman addımlar atıb.

Bu gün Azərbaycan Respublikası öz suveren hüquqlarını qoruyan, müstəqil siyasət aparan güclü bir dövlətdir. Ölkəmiz beynəlxalq münasibətlərdə fəal iştirak edir, regionda sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynayır. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər də Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması baxımından tarixi bir dönüş nöqtəsi oldu.

2023-cu ilin bu günü Azərbaycan hərbi əməliyyatlarla bölgədə sülhü və təhlükəsizliyi təmin etdi

Suverenliyimiz bərpa olundu, Konstitusiya quruluşumuz da həmçinin tam şəkildə təmin edildi. Dövlətin hüquqi əsasları, idarəetmə sistemi və qanunvericilik normaları ölkə ərazisinin bütün hissəsində bərpa olundu və icra edilməyə başladı.
Uzun illərdən sonra suverenliyimiz bərpa olundu, Konstitusiya quruluşumuz da öz doğma torpaqlarımızda yenidən hakim oldu. Hüquq və ədalət ölkəmizin hər qarışına qayıtdı.

Bu gün bir tarixdir. Zəfərimizdir. Dövlət suverenliyimizin tam olaraq bərpa olunduğu gündür. Suverenliyimizin bərpası mübarək olsun!
Избранный
2
1
azadmedia.az

2Источники