RU

Erməni analar məni şok etdilər! - Paşinyan

“Erməni analar 9 noyabr 2020-ci il tarixli sənədi (İkinci Qarabağ müharibəsini dayandıran üçtərəfli bəyanat-red.) imzaladığım və müharibəni bitirdiyim üçün mənə təşəkkür etdilər”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki Müqavilə” partiyasının qurultayında çıxışı zamanı deyib.

“Bu mənim üçün əsl şok oldu. Erməni elitasının əhəmiyyətli bir hissəsi məni vətənə xəyanətdə ittiham etdi, onlara süd verən analar isə eyni şeyə görə mənə təşəkkür etdilər. Bu analardan soruşdum: nəyə görə mənə təşəkkür edirsiniz? Onların cavabı konkret oldu: on minlərlə əsgərin həyatını xilas etdiyinə və müharibəni bitirdiyinə, Ermənistanı xilas etdiyinə görə. Bizə dedilər: sülhə doğru gedin, bizə sülh lazımdır, ancaq sülh. Başa düşdüm ki, bu, xalqın, o cümlədən kişilərin səsidir”, - Paşinyan bildirib./modern.az

Избранный
64
7
turkustan.az

10Источники