RU

Ruanda Prezidenti Pol Kaqame Bakıda şəhidlərin xatirəsini anıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 20 sentyabr, AZƏRTAC

Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 20-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Ruanda Prezidentinə Şəhidlər xiyabanının tarixi, şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
50
19
azertag.az

10Источники