“Sumqayıt” klubu növbəti transferini həyata keçirib.

Offsideplus.az xəbər verir ki, "kimyaçılar" amerikalı basketbolçu Elayca Hatçins-Everetti  heyətinə qatıb. 23 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

211 sm boya malik basketbolçu pivot mövqeyində oynayır. 

2021-ci ildə ABŞ-nin “Austin Peay Governors” klubunda karyerasına başlayan Elayca 2 il sonra “Seton Hall Pirates” komandasına keçib. O,  ötən mövsüm “James Maddison Dukes” kollektivinin üzvü olub. Hatçins-Everett ötən mövsüm hər oyuna orta hesabla 11,4 xal və 5,9 ribaundla yadda qalıb.