RU

Qarabağda energetika sahəsində görülən işlər açıqlanıb

Bakı. Trend:

Qarabağ Enerji Strategiyasına uyğun olaraq regionda müasirinfrastruktur qurulub. Belə ki, Xankəndinin dayanıqlı enerjitəminatı üçün tam qapalı tipli 110/35/10 kV-luq “Xankəndi-1”yarımstansiyası tikilib və artıq istismara hazırdır. “Şuşa”yarımstansiyasından buraya 12 km uzunluqda ikidövrəli xətt çəkilib,şəhərin 1,8 km-lik hissəsi isə yeraltı kabel vasitəsilə təminolunub.

Bu barədə Trend “AzərEnerji”yə istinadın xəbər verir.

Bildirilib ki, antiterror əməliyyatından cəmi 4 gün sonraXankəndi və ətraf ərazilər Ermənistan enerjisistemindən ayrılaraq110 kV “Şuşa” yarımstansiyası vasitəsilə ölkə enerjisisteminəqoşulub və beləliklə, 30 illik işğaldan sonra azad edilmiş regiondaAzərbaycan işığı yanıb. Ümumilikdə isə antiterror tədbirlərindənkeçən 2 il müddətində ölkə başçısının tapşırığına uyğun olaraqXankəndi, Xocalı, Ağdərə və Xocavənd rayonlarında “AzərEnerji”tərəfindən irimiqyaslı tikinti və yenidənqurma işləri həyatakeçirilib.

Belə ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş, işğalmüddətində baxımsız vəziyyətdə saxlanılmış 50 MVt gücündə “Sərsəng”Su Elektrik Stansiyasında təcili təmir-bərpa işləri aparılaraq2023-cü ilin oktyabr ayının əvvəllərində stansiya işə salınıb.Həmçinin Ağdərə rayonunda 10 MVt gücündə “Həsənriz”, 3 MVt gücündə“Torağay-1”, 5,9 MVt gücündə “Torağay-2”, 5 MVt gücündə“Torağay-3”, 0,8 MVt gücündə“Torağay-4” kiçik su elektrikstansiyaları təmir-bərpa edilərək işə qoşulub.

Qeyd edilib ki, 110 kV “Xankəndi-1” yarımstansiyasından 110 kV“Ağdam Qovşaq” və “Həsənriz” yarımstansiyaları istiqamətindəyeraltı kabel tunelləri tikilib.

Eyni zamanda vurğulanıb ki, Xankəndi Şəbəkə Sahəsinin işçiheyəti yerli əhalidən seçilərək xüsusi təlim kurslarından sonra işəcəlb olunub: "Həmçinin Kəlbəcər istiqamətində üçüncü dairəvi enerjitəchizat xətti qurulub. Bu məqsədlə Daşkəsən–Kəlbəcər,Kəlbəcər–Qorçu istiqamətində yeni 110 kV-luq xətlər çəkilib,həmçinin Kəlbəcər–Həsənriz marşrutu üzrə Ağdərəyə qədər 16,7 km-likxətt tamamlanıb".

"Tərtərçay üzərində 14,7 MVt gücündə “Qozlukörpü” Kiçik SuElektrik Stansiyası inşa olunub, tikinti-quraşdırma işləri başaçatdırılıb və hazırda son sazlama mərhələsindədir", - deyəməlumatda qeyd edilib.

Избранный
36
15
az.trend.az

10Источники