RU

Naxçıvanda KÜTLƏVİ DAVA: Yeniyetmə oğlan xalasının əri və oğlunu bıçaqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Naxçıvanda 16 yaşlı oğlan xalasının əri və oğlunu bıçaqlayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Şərur rayonu, Kosacan kəndində baş verib.
Kənd sakini, 2009-cu il təvəllüdlü Ə.Ə. ailələr arasında baş verən kütləvi dava zamanı xalasının əri Cahangir Rəsulzadə və onun 2011-ci il təvəllüdlü oğlunu bıçaqlayıb.
Məlumata görə, hadisə Cahangir Rəsulzadənin ailəsindəki mübahisə nəticəsində baş verib.
Belə ki, C.Rəsulzadənin həyat yoldaşı kənd ərazisindəki marketlərdən birində satıcı işləyib. Qadın həyat yoldaşından gizli mobil telefon işlədib. C.Rəsulzadə bu məsələdən xəbər tutaraq həyat yoldaşı ilə mübahisə edib. O, daha sonra baldızının oğlu, 2009-cu il təvəllüdlü Ə.Ə-yə zəng edərək qayınanası ilə bu barədə danışmaq istədiyini bildirib. Yeniyetmə bu barədə nənəsinə məlumat verməyib və məsələni araşdırmaq üçün xalasının işlədiyi marketə gəlib. O, Cahangirlə birlikdə marketə daxil olaraq, xalasının telefon işlətdiyinin şahidi olub və yenidən evlərinə qayıdıb.
Bir neçə gündən sonra C.Rəsulzadə yenidən gecə saatlarında Ə.Ə-yə zəng vuraraq qayınanası ilə danışmaq istədiyini deyib. Yeniyetmə prosesdən əsəbiləşərək, həyətlərindən balta və bıçaq götürərək xalasıgilə gedib. Yeniyetmənin qardaşı, anası və nənəsi də hadisədən xəbər tutaraq onun arxasınca yollanıblar. Onlar C.Rəsulzadənin həyətinə gedərək problemi həll etmək istəyiblər. Nəticədə səsə C.Rəsulzadənin də ailə üzvləri çıxıb və ailələr arasında dava başlayıb. Dava zamanı Ə.Ə. bıçaqla C.Rəsulzadənin kürəyindən zərbə endirib. Həmin vaxt o, 2011-ci il təvəllüdlü xalası oğluna da bıçaqla xəsarət yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və yeniyetmə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, iş Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunub.
Məhkəmənin hökmü ilə 16 yaşlı yeniyetmə 3 il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə təqsirləndirilən şəxsin yeniyetmə olduğunu və tərəflər arasında barışıq əldə edildiyini nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzasını şərti hesab edib.
Samir Əli
Избранный
39
1
oxu.az

4Источники