ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Formula-1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Oliver Berman Azərbaycan Qran-prisində xal qazana bilər".
İdman.biz "Report"a istinadən xəbər verir ki, bu barədə ötən gün ikinci sərbəst yürüşü beşinci sırada tamamlayan britaniyalı sürücü açıqlama verib.
O, yaxşı rəqabət apara bildiklərini deyib: "Birinci test yürüşündə bəzi çatışmazlıqları hiss etdik. Növbətidə isə bunları yaxşılaşdırdıq və mübarizənin içində olduğumuzu gösdərdik".
O, Bakıdakı yarışda yaxşı nəticə qazana biləcəklərini də vurğulayıb: "Xal qazanmaq mümkündür. Orta sıralarda çox gərgin mübarizə var. Ən önəmlisi sıralama turunu səhvsiz başa vurmaq və əsas yarışda tempi tapmaqdır".
Qeyd edək ki, bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək. Əsas yarış sentyabrın 21-də baş tutacaq.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.