RU

Zelenski: Rusiya Ukraynaya 40 qanadlı və ballistik raket, 580 dron atıb  

Ukrayna gecə boyu Rusiyanın kütləvi hava hücumu altında olub. Düşmən 40 qanadlı və ballistik raketdən, təxminən 580 müxtəlif tipli drondan istifadə edib.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz Teleqram səhifəsində yaydığı məlumatda bildirib.

“Bütün gecəni səmanı qoruyan əsgərlərimizə və bu gün öz bacarıqlarını bir daha nümayiş etdirərək Ukraynanı qanadlı raketlərdən səmərəli şəkildə müdafiə edən F-16 pilotlarımıza təşəkkür edirəm”, - deyə Zelenski əlavə edib.

O bildirib ki, Dnepr şəhəri və ətraf rayonlar, Nikolayev, Çerniqov, Zaporojye, Poltava, Kiyev, Odessa, Sumı və Xarkov vilayətlərinin yaşayış məntəqələri hücuma məruz qalıb. “Düşmən infrastrukturumuzu, yaşayış məntəqələrimizi və mülki müəssisələrimizi hədəfə alıb. Dneprdə kasetli sursat daşıyan raket birbaşa hündürmərtəbəli binaya düşüb. Atəş nəticəsində onlarla insanın yaralandığı məlumdur. Təəssüf ki, 3 nəfər həlak olub. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - deyə Zelenski qeyd edib.

O diqqətə çatdırıb ki, hər bir belə zərbə hərbi zərurət deyil, dinc əhalini qorxutmaq və infrastrukturu məhv etmək üçün Rusiyanın düşünülmüş strategiyasıdır. “Məhz buna görə güclü beynəlxalq reaksiya lazımdır. Ukrayna sübut etdi ki, özünü və Avropanı müdafiə edə bilər, lakin etibarlı hava müdafiəsini yaratmaq üçün birlikdə hərəkət etməliyik: hava hücumundan müdafiəni gücləndirməli, silah tədarükünü artırmalı, Rusiya ordusuna və onu maliyyələşdirən sektorlara qarşı sanksiyaları genişləndirməliyik”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Избранный
28
6
azerbaijan-news.az

7Источники