RU

Bakıda və regionlarda yeni mənzillər onlayn satışa çıxarıldı – 1080 mənzil təklif olunur

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən BakınınRamana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeniyaşayış binalarında mənzillərin ms.sosial.gov.az portalı üzərindənonlayn satışı davam edir.

Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, Mənzillər 3 və 4 otaqlıdır, tam təmirlidir,istifadə olunmayıb və çıxarışlıdır. Onları banklara müraciətetməklə ipoteka krediti ilə də almaq olar.

Ümumilikdə 1080-dək mənzil satılır və satışdan əldə olunanvəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə iləəlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatınayönəldiləcək.

Mənzillərdən almaq istəyən şəxslərə qeyd edilən portala daxilolaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək, onuportaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilər.

(Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Logininautentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMArəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektronimza) birinə malik olmalıdır).

Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır,ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var.

Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdiyihalda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.

Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətindədəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiqedilmiş alqı-satqı müqaviləsi bağlanır.

Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi saydamənzil ala bilər.

Qeyd edək ki, mənzillərin qiyməti müstəqil qiymətləndiricitərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib.

Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət edəbilərsiniz.

Избранный
99
14
az.trend.az

10Источники