RU

Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

Bakı.Trend:

Zərdabda kriminal həyat tərzinin təbliği və narkotiklərinqanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Trend-in məlumatına görə,Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçiriləntədbirlərlə rayon ərazisində cinayət törətməyə meyilli, o cümlədənkriminal həyat tərzinin təbliği ilə məşğul olan əvvəllər məhkumolunmuş Rafiq Qurbanzadə saxlanılıb.

Belə ki, ondan külli miqdarda narkotik vasitə olan marixuanaaşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, R.Qurbanzadə barəsində həbsqətimkan tədbiri seçilib.

Bundan əlavə, polis əməkdaşları tərəfindən rayon ərazisindənarkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləriəməliyyat tədbirləri nəticəsində daha 5 nəfər də tutularaq cinayətməsuliyyətinə cəlb olunublar.

Məqalədə:
Избранный
27
21
az.trend.az

10Источники