RU

Fiziyev zədələndi: Oliveyra ilə döyüşə çıxmayacaq

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki dərəcəsində çıxış edən döyüşçü Rafael Fiziyev zədələnib.

Moderator.az bu barədə "MM Fighting"ə istinadən xəbər verir.

Fiziyev oktyabrın 12-də Rio-de-Janeyroda keçiriləcək turnirin əsas görüşündə yüngül çəki dərəcəsində keçmiş UFC çempionu Çarlz Oliveyraya qarşı döyüşməli idi.

Hazırda Fiziyevə əvəz axtarılır.

Qeyd edək ki, 32 yaşlı Fiziyev UFC-nin yüngül çəki dərəcəsi reytinqində 11-ci yeri tutur. Onun hesabında 13 qələbə və dörd məğlubiyyət var.

Избранный
61
moderator.az

1Источники