RU

“Formula-1”in rəsmi səhifəsi: "Bakı yarışı unikal atmosferə malikdir"

“Formula-1”in rəsmi səhifəsində Azərbaycan Qran-prisinə həsr olunmuş məqalə dərc edilib.

İdman.biz xəbər verir ki, yazıda Bakı mərhələsinin qısa zamanda təqvimin ən parlaq və maraqlı yarışlarından birinə çevrildiyi qeyd olunub:

“Azərbaycan Qran-prisi hər zaman unikal atmosfer və şəraitlə valeh edir. Bu xüsusiyyət Bakıya xüsusi cazibə qatır”.

Məqalədə həmçinin trasın füsunkar mənzərəsi vurğulanıb. Bildirilib ki, bolidlər UNESCO-nun Ümumdünya İrsi Siyahısında yer alan İçərişəhərin dar küçələrindən keçərək Xəzər sahili və Alov qüllələrinin yanından ötür.

Bakı trası həm ənənələri, həm də innovasiyaları özündə birləşdirən “Formula-1”in simvolu kimi təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-da başlayıb. Bu gün sıralama turu, sabah isə əsas yarış keçiriləcək.

İdman.biz

Избранный
48
47
idman.biz

10Источники