RU

Rusiyada vaqonlar relsdən çıxıb: ölənlər və yaralananlar var – FOTO

Amur vilayətində dəmir yolunda təmir işləri zamanı vaqonların relsdən çıxması nəticəsində 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Ölkə.Az xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Məlumata görə, relslərin dəyişdirilməsi zamanı iki platforma vaqonu və dəmir yolu tikinti kranı relsdən çıxıb. Hadisə baş verən anda qatarda 12 işçi olub.

Rusiya İstintaq Komitəsi əmək mühafizəsi qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb.

Hadisə sərnişin qatarlarının hərəkətinə təsir göstərməyib.

Избранный
56
olke.az

1Источники