Bakı. Trend:
Sentyabrın 19-da qanunsuz saxlanılan odlu silah-sursat aşkarolunub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 19-da polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança,10 qumbara, 18 alışdırıcı, 12 tüfəng, 17 patron darağı və 894 ədədmüxtəlif çaplı patron aşkar edərək götürüblər.
Eyni zamanda nazirlikdən qeyd edilib ki, polis əməkdaşlarınınkeçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 19-da ümumi çəkisi14,1 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu iləyetişdirilmiş 43 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davametdirilir",- əlavə edilib.