RU

Paşinyan: "Bu, sülhdür"

Ermənistanla Azərbaycan arasında artıq bir ildən çoxdur ki, faktiki sülh hökm sürür.

News24.az-ın Ermənistan KİV-nə istinadla xəbərinə görə, Baş nazir Nikol Paşinyan partiyasının qurultayında bildirib ki, son bir il yeddi ay ərzində Ermənistan–Azərbaycan sərhədində atışmalar nəticəsində itkilər qeydə alınmayıb.

Paşinyan əlavə edib ki, Ermənistanın müstəqillik dövründə bu cür sakit bir dövrə rast gəlinməyib və o, bunu “sülh” adlandırıb.

"O sülh avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı və dəstəyi, mənim və Azərbaycan prezidentinin qəbul etdiyi bəyannamə ilə bərqərar oldu. 8 avqust uzun bir prosesin kulminasiya nöqtəsi, zirvəsidir. 1 il 7 aydır ki, Ermənistan-Azərbaycan sərhədində baş verən atışmada heç bir əsgər ölməyib və yaralanmayıb", - deyə o qeyd edib. 


Избранный
69
1
news24.az

2Источники